Koronavirus can almaqda davam edir
Moskvada daha 28 nəfər koronavirusdan ölüb.
AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinqi üzrə Operativ Qərargahı bildirib.
"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi, koronavirus testinin müsbət olduğu 28 pasiyent öldü”, - xəbərdə deyilir.
Qeyd edilir ki, ölənlər 30-93 yaşlı xəstələr olub. Onların əksəriyyətində digər xəstəliklər mövcud olub.