Rusiyada bir gündə 368 nəfər koronavirusdan ölüb

Dünya

30.11.2020 - 12:48

Son sutkada 26 min 338 nəfər virusa yoluxub

 

Rusiyada son 24 saat ərzində 26 min 338 nəfər koronavirusa (COVID-19) yoluxub. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, ən çox yoluxma paytaxt Moskvada qeydə alınıb. Bir gündə 17 min 247 xəstə sağalıb, 368 ölüm qeydə alınıb.

 

Bununla da Rusiyada pandemiya dövründə yoluxma sayı 2 milyon 295 min 654-ə, ölüm sayı isə 39 min 895-ə çatıb.

Müəllif: Ayna.az