Rusiyada binada güclü yanğın: 8 nəfər ölüb - <font color=red> VİDEO</font>

Dünya

12.01.2021 - 07:40

Xilasedicilər binadan 90 nəfəri təxliyə edib

 

Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.

 

İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib. Yanğın 30 kv.m. ərazini əhatə edib. İnsidentin səbəbi müəyyənləşdirilir.

Müəllif: Ayna.az