Rusiyada 3 jurnalist koronavirusdan ölüb

Dünya

05.05.2020 - 16:09

Mətbuat işçiləri arasında 100-dən artıq yoluxma faktının qeydə alınıb

 

Rusiyada koronavirusun qurbanları arasında jurnalistlər də var. AYNA xarici mediaya istinadən bildirir ki, Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib ki, üç nəfər media işçisi COVİD-19-dan vəfat edib.

 

Solovyov ümumilikdə mətbuat işçiləri arasında 100-dən artıq yoluxma faktının qeydə alındığını deyib: “Onların əksəriyyətində koronavirus simptomsuz keçir. 500-dən artıq rusiyalı jurnalist isə evində tibb işçilərinin nəzarəti altındadır.

 

Qeyd edək ki, Rusiyada ümumilikdə, 155 min 370 nəfər koronavirusa yoluxub. Onlardan 1451 nəfəri ölüb, 19 865 nəfəri isə sağalıb.

 

Xatırladaq ki, dünyanın 23 ölkəsində 55 KİV əməkdaşı COVID-19 xəstəliyindən ölüb.

 

Müəllif: Ayna.az