Rusiya və Çin hərbi gəmilərinin təlimi Yaponiyanı narahat etdi

Dünya

26.10.2021 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə naziri: “Bu, Yaponiyaya qarşı güc nümayişi idi”

“Rusiya və Çin hərbi gəmilərinin Yaponiya sahillərindən keçməsi regionda təhlükəsizliyə təhdid və görünməmiş bir güc nümayişidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Yaponiyanın müdafiə naziri Nobuo Kişi deyib.

“Biz ilk dəfədir ki, bu qədər uzun müddət ərzində belə genişmiqyaslı fəaliyyət qeydə alırıq. İnanırıq ki, bu, Yaponiyaya qarşı güc nümayişi idi”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Yaponiya arxipelaqının iki adası arasında Tsuqaru boğazı boyunca beş Çin və beş Rusiya gəmisi keçib. Gəmilər Rusiya və Çinin Yaponiya dənizində birgə təlimlərində iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş