Peskov: “Rusiya tərəfi vaxtla bağlı təkliflərini irəli sürüb”
Rusiya, Türkiyə və İran liderləri arasında üçlü zirvə toplantısının keçirilməsi üçün çalışmalar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin sözcüsü Dimitri Peskov açıqlama verib.
O, İran tərəfi ilə danışıqlar aparıldığını bildirib: “Zirvə görüşü üçün işlər görülür. Rusiya tərəfi vaxtla bağlı təkliflərini irəli sürüb. Ancaq bildiyiniz kimi, hər üçün liderin proqramlarla razılaşması lazımdır. Proses hələlik tamamlanmayıb. Başa çatdıqda hər kəsə məlumat verəcəyik”.