Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Dünya

18.10.2021 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

Noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi fəaliyyətini dayandıracaq

Rusiya Federasiyası NATO hərbi missiyasının fəaliyyətini dayandırır. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi də fəaliyyətini dayandıracaq.

XİN rəhbəri qeyd edib ki, NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti də dayandırılır.

S. Lavrov NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb.

Rəsmi Moskva bu qərarı Şimal Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş