Rusiya Haftara qarşı suriyalı muzdlulardan istifadə edəcək

Dünya

07.05.2020 - 18:59

Əsəd rejiminə xidmət edən yaraqlılarla bir sıra görüşlər keçirilib

 

Rusiya Əsəd rejimini dəstəkləyən suriyalı muzdlularla Liviyada qanunsuz silahlı qruplaşma lideri general Haftara dəstək verməyə hazırlaşır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı komandirlər aprelin 24-dən başlayaraq pul qarşılığında Əsəd rejiminə xidmət edən yaraqlılarla bir sıra görüşlər keçiriblər.

 

Danışıqlar zamanı Rusiya tərəfi silahlı ünsürlərə Liviyada Haftar tərəfindən döyüşmək müqabilində aylıq 1000 dollarlıq müqavilə təklif ediblər.

 

Rusiyanın təklifini qəbul edən muzdlular Suriyadakı rus düşərgələrində aparılan təlimdən qısa müddət sonra Liviyaya göndəriləcəklər.

Müəllif: Ayna.az