“Rus yanacağından imtina etməliyik, Azərbaycan kimi alternativ var” – CONSON

Xəbərlər

16.06.2022 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Böyük Britaniyanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün an aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm”.

AYNA xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

“Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır”, - deyə Baş nazir bildirib.

Məktubda iqlim dəyişikliyinə də toxunulub: “Bu, artıq bir nəzəriyyə deyil. Daha isti, daha quru və qeyri-sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatları sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbələrinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sıfıra nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş