“Əgər ABŞ anlaşma istəyirsə, bütün əngəlləri ortadan qaldırmalıdır”
İran lideri Həsən Ruhani ABŞ Prezidenti Donald Tramp haqqında ağır sözlər işlədib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Ruhani Trampın atdığı addımları pisləyib və belə deyib:
“Tramp 2015-ci ildə bağlanan nüvə anlaşmasından imtina üçün axmaq addımlar atdı. Əgər ABŞ anlaşma istəyirsə, bütün əngəlləri ortadan qaldırmalıdır”.
Ruhani əlavə edib ki, əgər ABŞ rəsmi Tehrana tətbiq etdiyi silah embarqosunun vaxtını uzadarsa, İrandan sərt cavab alacaq.
Qeyd edək ki, ABŞ və Tramp höküməti 2015-ci ildə imzalanan nüvə müqaviləsindən 2018-ci ildə imtina edərək, sərt embarqoların tətbiqinə başlayıb.