Ruhani: “İrana qarşı psixoloji əməliyyat aparılır”

Dünya

23.06.2020 - 16:32

“Valyuta bazarındakı son dalğalar iqtisadi əsas olmayan müvəqqəti sarsıntıdır”

 

İran Prezidenti Həsən Ruhani ölkəsində son zamanlar artan məzənnə ilə bağlı açıqlama verib və bunu “müvəqqəti şok” adlandırıb. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

 

“Valyuta bazarındakı son dalğalar iqtisadi əsas olmayan müvəqqəti bir sarsıntıdır”, - deyə Ruhani vurğulayıb.

 

O, hökumətin valyuta məzənnəsini, likvidlik və inflyasiya nəzarətini idarə etdiyini, pul siyasətinin ciddi şəkildə aparıldığını deyib: “Beynəlxalq aləmdə insanlar arasında qeyri-real narahatlıqları artırmaq üçün İrana qarşı psixoloji əməliyyat aparılır. Valyuta bazarındakı son dalğalar da bu səbəbdəndir”.

 

Bu baxımdan da Ruhani ölkədəki bütün qurumları daha yüksək valyuta məzənnələri səbəbiylə, istehlak mallarının artımından çəkinməyə çağırıb və əlavə olaraq ixracın artması və xarici valyuta ixracının pul bazarının tarazlığına töhfə verəcəyini bildirib.

Müəllif: Ayna.az