Romada Ərdoğan-Bayden görüşü keçirilib

Dünya

31.10.2021 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Liderlər arasında ikitərəfli münasibətlər və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb

“Böyük İyirmilik” (G20) ölkələri Sammiti çərçivəsində İtaliyanın paytaxtı Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, mətbuata qapalı keçirilən və 65 dəqiqə davam edən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi Entoni Blinken də iştirak ediblər.

Qeyd edilir ki, liderlər arasında ikitərəfli münasibətlər və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəldən bildirilmişdi ki, Ərdoğan və Bayden F-35 məsələsini, eləcə də Vaşinqtonun PKK/YPG qruplaşmalarına dəstəyini, həmçinin Suriya, Liviya, Qarabağ kimi bir sıra bölgələrdəki cari vəziyyəti müzakirə edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş