Roma Papası İlham Əliyevə təbrik məktubu göndərib

Xəbərlər

31.05.2020 - 17:58

“Bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”

 

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  AYNA xəbər verir ki, məktubda deyilir:

 

“Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.

Müəllif: Ayna.az