Rəsmi Tehran Vaşinqtonu ittiham edib

Dünya

26.02.2025 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

İran XİN: “ABŞ-ın sanksiyaları danışıqlara hazır olmaq barədə bəyanatların yalan olduğunu sübut edir”

“ABŞ-ın yeni anti-İran sanksiyalarını tətbiq etməsi amerikalı siyasətçilərin Tehranla danışıqlar aparmaq istəkləri ilə bağlı bəyanatlarının yalan olduğunu bir daha sübut etdi”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözlər İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Nazirliyin “Telegram” kanalında dərc olunan məlumatda qeyd olunub  ki, ABŞ-ın İranın xarici ticarətinin inkişafına mane olan yeni sanksiyalar tətbiq etməsi “BMT-nin prinsiplərinə, xüsusən də milli suverenliyə və xalqın öz müqəddəratını təyin etmə prinsipinə ziddir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş