XİN-in “X” hesabında paylaşım edilib
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib. AYNA.AZ xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc və səbr diləyirik”, - deyə qeyd edilib.