“Renault”a etiraz: 8 min nəfər aksiyaya çıxdı

Dünya

31.05.2020 - 22:54

İşçilər avtomobil nəhənginin ixtisarına etiraz edirlər

 

Fransada “Renault” avtomobil zavodunun 8 minədək işçisi aksiya keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, buna səbəb avtomobil nəhənginin 15 min işçisini ixtisar etməsi olub.

 

Xatırladaq ki, “Renault” 3 il ərzində 2 milyard avro qənaət planı çərçivəsində dünyada 15 min, Fransada isə 4600 işçisinin ixtisar edildiyini açıqlayıb. “Renault”un ən böyük səhmdarı olan Fransa dövlətinin zavodu xilas etmək cəhdləri müsbət nəticə verməyib.

 

Qeyd edək ki, “Renault-Nissan-Mitsubishi” alyansı 2017-ci ildə dünyanın aparıcı yüngül avtomobil istehsalçısı olub. Ancaq alyansın sabiq rəhbəri Karlos Qonun həcm və nəhənglik uğrunda yarışı gözlənilməz 2018-ci il sərt dönüşü ilə üzləşir və qrup iflasa uğrayır.

Müəllif: Ayna.az