Rəhbər vəzifələrə işçi axtarılır

Cəmiyyət

15.01.2020 - 11:37

İşçi seçimi ilə əlaqədar müsabiqə elan edilib

 

Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilərlər.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli deyib. O bildirib ki, namizədlərin seçimi ETSN, İDEA İctimai Birliyi və Dövlət Turizm Agentliyinin  mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

 

“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur. Seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək”, - deyə şöbə müdiri qeyd edib.

 

“Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) 30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”, - O.Məhərrəmli vurğulayıb.

 

Elanla daha ətraflı bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Ayna.az