REAL 10 nəfərlə qurultay keçirəcək

Siyasət

21.05.2020 - 19:15

İlqar Məmmədov: “Məqsədimiz partiya kimi rəsmi qeydiyyatdan keçməkdir”

 

Respublikaçı Alternativ Partiyası (REAL) qurultay keçirəcək. AYNA xəbər verir ki, bu barədə qurumun sədri İlqar Məmmədov məlumat verib.

 

İ.Məmmədov bildirib ki, pandemiya səbəbi ilə REAL öz qurultayını neçə vaxtdır keçirə bilmir: “Əgər ictimai yerlərdə 10 nəfərdən çox adamın toplaşmasına məhdudiyyət iyun ayında da aradan qaldırılmasa, məncə, 10 nəfərlə də olsa, qurultayı gərək keçirək. Çünki başlıca məqsədimiz hakimiyyətin qeydiyyat sahəsindəki elan etdiyi siyasət dəyişikliyindən faydalanaraq partiya kimi rəsmi qeydiyyatdan keçməkdir”.

Müəllif: Ayna.az