Rafiq Manaflı da Milli Şuradan istefa verib

Siyasət

16.05.2020 - 00:26

Rafiq Manaflı Milli Şura ilə yollarını ayırıb

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

 

AYNA-nın məlumatına görə, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb.

 

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

 

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.

Müəllif: Ayna.az