XİN Tbilisi görüşü ilə bağlı məlumat yaydı

Siyasət

22.12.2019 - 15:17

Görüş zamanı üçtərəfli əməkdaşlıq gündəliyinə daxil məsələlər müzakirə olunacaq 

 

Sabah Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, görüş zamanı nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.

 

Görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az