Quterreş Əfqanıstanda məsciddə törədilmiş terror aktını pisləyib

Dünya

09.10.2021 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Stefan Düjarrik: “BMT-nin Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanın Kunduz əyalətindəki şiə məscidində törədilmiş terror aktını barbar hücum adlandırıb.

AYNA TASS-a istinadən xəbər verir ki, Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

 "BMT-nin Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”, - Düjarrik belə deyib.

Qeyd edək ki, Əfqanıstanın şimalında, Kunduz əyalətindəki Seyid-Abad şiə məscidində törədilmiş partlayış nəticəsində 100-ə yaxın insan ölüb, onlarla insan yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş