Qusarda yol qəzası: 7 nəfər xəsarət alıb

Xəbərlər

27.06.2025 - 22:29

cedabet dərman SEO Xidməti

Xəsarət alanlardan 5-i Pakistan vətəndaşıdır

27.06.2025-ci il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. AYNA.AZ xəbər verir ki, bu haqda APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1994-cü (qadın cinsli) və 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

5 nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş