Qubada soyuducu anbarda yanğın olub

Xəbərlər

08.05.2025 - 22:19

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Qubada soyuducu anbarda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 2000 m² olan dəmir konstruksiyalardan ibarət soyuducu anbarın poliuretan materialdan ibarət üzlüyü 200 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş