Qubada “patı” istifadəçiləri saxlanılıb

Xəbərlər

26.08.2021 - 17:56

Onların üzərindən narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərlini saxlayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı istintaq aparılır.

 

 

Müəllif: Ayna.az