Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb

Hadisə

25.07.2021 - 12:41

Hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb

 

Qubada 66 yaşlı kişi intihar edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

 

Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.

 

Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.

 

Qeyd edək ki, Q.Abasovun evdə tək yaşadığı bildirilir.

Müəllif: Ayna.az