Qubad İbadoğlu “Bandotdel” tərəfindən saxlanılıb

Xəbərlər

23.07.2023 - 18:54

cedabet dərman SEO Xidməti

Siyasətçinin “Bandotdel”ə aparıldığı bildirilir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) siyasətçi Qubad İbadoğlu saxlanılıb. AYNA xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova sosial media hesabında bildirib.

Siyasətçinin Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) aparıldığı bildirilir.

Qızı qeyd edib ki, ADR rəhbəri Sumqayıta partiya gəncləri ilə görüşməyə gedərkən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov Oxu.az saytına bildirib ki, Q.İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib..

ADR-in funksioneri Ədalət Yusifov isə sosial şəbəkə hesabında hüquq-mühafizə orqanlarının partiyanın ofisində axtarışa başladığını yazıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş