Qrossi: “BMT yavaş-yavaş ölür və tədricən aktuallığını itirir”

Dünya

13.08.2026 - 16:44

“BMT son böhranların və ya dövlətlərarası müharibələrin həllinə heç bir əhəmiyyətli töhfə vermir"

“BMT tədricən aktuallığını itirir və yavaş-yavaş ölür”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlərdən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.

"Mən BMT-ni ​​dərhal ölüm təhlükəsi altında görmürəm", - deyə o, "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.

"Mən bunu yavaş ölüm adlandırmaq istərdim. BMT tədricən aktuallığını itirir və BMT son böhranların və ya dövlətlərarası müharibələrin həllinə heç bir əhəmiyyətli töhfə vermir", vurğulayıb

Qrossi həmçinin təşkilatın sosial proqramlar və iqlim dəyişikliyi kimi digər sahələrdəki "acı nəticələri" ilə bağlı "məyusluq hissi"ndən də bəhs edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş