Son 24 saatda İranda 71 nəfər xəstəlikdən ölüb
Ötən aydan başlayaraq koronavirusla mübarizə aparan İrandan yaxşı xəbərlər yayılır.
AYNA xarici mediaya istinadən xəbər verir ki, son 24 saatda qonşuda 71 nəfər xəstəlikdən ölüb. Bu isə əvvəlki günlərə nisbətdə 26% aşağı göstəricidir.
İranın Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, dünya üzrə Covid-19 ölümündən əziyyət çəkən 8-ci ölkə olan İranda vəziyyət getdikcə müsbətə doğru dəyişir.
Nazirlik rəsmisi Kiyanuş Cihanpurun verdiyi məlumata görə, İranda virusa yoluxma faktı 92 584 nəfərə, ümumilikdə koronavirusdan ölənlərin sayı isə 5877 nəfərə çatıb.