Qonşu ölkədə COVİD-19-a yoluxma sayı 100 minə yaxınlaşır

Dünya

05.05.2020 - 15:41

İran həyatını itirən insan sayına görə, dünyada doqquzuncu yerdədir

 

Son sutka ərzində İranda 63 nəfər COVİD-19 xəstəsi həyatla vidalaşıb. AYNA xarici mətbuata əsasən xəbər verir ki, ölkədə koronavirusa yoluxma faktı 100 minə çatır.

 

Koronavirusa yoluxan və həyatını itirən insan sayına görə, dünyada doqquzuncu yerdə olan İranda, ötən ayla müqayisədə  gündəlik ölüm göstəricisi azalsa da, hələ də yoluxma dayanmır.

 

İranda ümumilikdə ölüm faktı 6 min 340 nəfərdir. Hazırda yoluxma faktı 99 min 970 nəfərdir.

Müəllif: Ayna.az