Qonşu ölkədə bir gündə 7 min 390 nəfər COVID-19-a yoluxub

Dünya

14.02.2021 - 20:15

İranda koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır

 

Son sutka ərzində İranda COVID-19-a 7 min 390 nəfər yoluxub, 62 nəfər isə vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Lari deyib.

 

Onun sözlərinə görə, bununla da ümumilikdə İranda koronavirusa yoluxanların sayı 1 milyon 518 min 263 nəfərə, ölənlərin sayı isə 58 min 945-ə çatıb.

 

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 709 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 298 min 23 xəstə sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az