Qonşu ölkədə 72 həkim koronavirusa yoluxub

Dünya

11.05.2020 - 17:36

Gürcüstanda virusdan ölənlərin sayı 11-ə çatıb

 

Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb. Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin sayı 11 nəfərə çatıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat açıqlayıb.

 

Bildirilir ki, hazırda ölkədə 638 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 72-si həkimdir. Bu günədək 317 nəfər koronavirusdan müalicə olunub.

 

Hazırda ölkədə 4896 nəfər karantində, 444 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Müəllif: Ayna.az