Vladimir Zelenski bütün detalların araşdırılacağını bildirib
Ukraynanın Xarkov şəhərində “Qocalar evi”ndə baş verən yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar yanvarın 23-də ölkə ərazisində matəm elan olunub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində olarkən deyib.
Baş verən faciəvi hadisə ilə bağlı dövlət qurumlarının hesabatını dinlədiyini bildirən Zelenski vurğulayıb ki, bütün detallar araşdırılacaq.
Qeyd edək ki, yanvarın 21-də “Qocalar evi”nin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Bununla bağlı saxlanılan şəxslər “Qocalar evi”nin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır.
Xatırladaq ki, məkan qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb.