Qobustanda karantin qaydalarını pozan kafe aşkarlanıb

Xəbərlər

24.12.2020 - 14:36

Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət ediliblər

 

Qobustan rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub.

 

Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət ediliblər.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az