Qızıl Xaç Komitəsi əsirlərlə bağlı açıqlama verib

Xəbərlər

23.11.2020 - 12:25

Həkimlər Klinikalar SEO Xidməti

BQXK: “Komitə bu qərara təsir edə bilmir”

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə nəticəsində əsir düşən şəxslərə baş çəkir. AYNA-nın xəbərinə görə, bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.

 

İ.Hüseynova qeyd edib ki, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır: “Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi, sadəcə, münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda, əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir”.

 

BQXK rəsmisi onu da vurğulayıb ki, saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş