Qisas turizmi və ya ağrı-acını çıxarmaq

Dünya

12.06.2022 - 21:22

İyunun ilk həftəsində Antalyaya 100 min rus turist gəlib - hədəf mövsümün sonuna kimi 11 milyon turistdir

Keçən il ABŞ-da nəşr olunan altı tədqiqatın birgə yekununa görə, qisas “soyuq şəkildə yeyilən yemək” deyil. Əksəriyyət isti buxarda bişirərkən yemək istəyir. Düşmənə daha çox ziyan vurmaq üçün soyuq və hesablanmış intiqam əvəzinə, qəzəbin hərarəti soyumamış, ziyanı az da olsa, dərhal qisas almağa üstünlük verilir.

Qisas üçün heç bir müsbət elmi arqument yoxdur. O, dərk edilmiş zərərə görə məsul şəxsə ağrı vermək və ya xəsarət yetirmək üçün həyata keçirilən planlı və düşünülmüş hərəkətlərdən ibarətdir. Heç faydalı deyil. Frensis Bekonun təbirincə desək, qanuna qarşı bir növ vəhşi ədalət. İnsan qisas almağa meyilli olduğu üçün qanun da bu zərərli meylə qarşı tədbirlər görür.

Lakin koronavirus qisas anlayışını da yenidən şəkilləndirdi. Müsbət məna verməklə. İki illik qapanmadan sonra bütün dünyaya yayılan səyahət istiqamətləri indi “intiqam turizmi” adlanır. Beynəlxalq sənaye nümayəndələri mənfi vibrasiyaya görə turizm və revanş hərəkətinin yan-yana gəlməsinə etiraz edirlər. Bu, həm də turistik səyahət üçün getdiyi yerdən qisas alınacaq kimi azğın təsəvvür yaradır.

Əslində, koronavirus kimi, qisas turizmi də adı ilə ilk dəfə Çində meydana çıxdı və bəşəriyyət iki il ərzində pandemiyaya qarşı qəzəbli münasibət bəslədiyi üçün bu, çox vaxt apardı. 2020-ci ildə virusa qarşı sərt karantin tədbirləri həyata keçirən Çində oktyabr ayında səkkiz günlük tətil zamanı 550 milyon insanın yollara çıxdığı dəhşətli qisas mövsümü yaşandı.

1980-ci illərdə Çin kontekstində də kütləvi qisas davranışını izləmək mümkündür. Pekin rəhbərliyinin iqtisadiyyatı açması ilə yoxsulluqdan çıxan çinli istehlakçılar “Vuitton-dan Dior”a qədər lüks markalara hücum etməyə başladılar və dünyada görünməmiş bu alış-veriş tərzi “intiqam xərcləri” olaraq dəstər-kitaba düşdü.

Güclü dollar səyahətə çıxarkən…

Koronavirus məhdudiyyətləri təkcə 2020-ci ildə, Türkiyə də daxil olmaqla, qlobal turizm sektorunda 62 milyon iş yerinin itirilməsinə səbəb olub. Bunun yarısı Asiya-Sakit okean regionuna aiddir – burada p pandemiya 34 milyondan çox insanı işsiz qoyub. Afrika transsərhəd bağlanmalardan ən çox təsirlənən ikinci region olub - 7,2 milyon insan işini itirib.

Pandemiyanın iqtisadi məhvi domino daşları kimi hər sektorda yayılarkən, pul möhürü aləmində başqa bir şey baş verdi - 2020-ci ildə Avropa və ABŞ banklarında düz 2,7 trilyon dollar yığılıb qalıb. Pulu xərcləməyə yer tapa bilməyənlər əmanətə üz tutublar, indi isə onları xərcləmək vaxtıdır.

Qisas turizmi xərləmələri

Əslində türkcə “intiqam almaq” yerinə işlədiləsi ən uyğun ifadə “ağrı-acısını çıxarmaq”dır. Səyahət edərək yeni zövqlər kəşf etməklə itirilmiş zamanın ağrısını çıxarmaq.

Bəli, türkcəyə uyğundur, amma türklərin deyil, amerikalıların cibinə uyğundur. Əslində, amerikalıların fikrincə, beynəlxalq səyahətlər daxili turizmdən daha sərfəlidir. Amerikalıların əksəriyyətinin büdcəsi daxili turizmi ödəyə bilmir. SUV ilə səyahət yüksək benzin qiymətlərinə görə bahadır və daxili reyslər də beynəlxalq uçuşlardan daha bahadır. Ölkədaxili reyslərdə biletlərin qiyməti əvvəlki ilə nisbətən 45 faiz artarkən, beynəlxalq reyslərdə qiymət artımı 10 faiz səviyyəsində qalıb.

Bu, son deyil! Avropaya uçuşlar 5% ucuzlaşıb, dolların xaricdəki alıcılıq qabiliyyəti də əlavə olunanda əlinizi Avropaya uzadın!

2020-ci ildə qlobal turizm gəlirlərinin 712 milyard dollara çatacağı gözlənildiyi halda, ani COVID-19 epidemiyası səbəbiylə 20% azalma baş verdi və 569 milyard dollar oldu. Ən çox gəlir itkisinə məruz qalan region Avropa olub. 2019-cu ildə 212 milyard dollar olan Avropa ölkələrinin turizm gəlirləri 124 milyard dollara qədər azalıb.

İndi Avropa yenidən oyundadır. Rus və çinli turistlər bu mövsümü gözləmirlər, lakin intiqamla yanan amerikalılar Atlantik okeanının o tayına axışmağa başlayıblar. Avropanın gözləmədiyi rus turistlər, müharibəyə baxmayaraq, Antalyadan əl çəkmirlər. İyunun ilk həftəsində 100 min turist gəldi - hədəf mövsümün sonuna kimi 11 milyon turistdir.

İctimai rəy sorğularına görə, inflyasiya qorxusuna baxmayaraq, ABŞ-da hər on nəfərdən altısı bu il mütləq səyahət edəcəyini deyir. Pandemiya zamanı Avropanın qapıları bağlı olduğu üçün milyonlarla işçi məzuniyyət pulu və yığılmış məzuniyyət günləri toplayıb. Həmçinin, bəzi şirkətlər yaxşı işləyir. Məsələn, “Goldman Sachs” öz menecerlərinə açıqlayıb ki, istədiyiniz qədər uzun müddət tətil edin - aşağı səviyyəli işçilər istisna olmaqla, onların məzuniyyəti üç həftədir.

Avropaya axın edən amerikalıların ilk seçimi Fransa, daha sonra İtaliya və Almaniyadır. İlk iki ölkə dəniz və günəş vəd etdiyi üçün başadüşüləndir, Almaniya isə mədəni turizmə yönümlü olduğunu göstərir. Almaniyadakı turoperatorların verdiyi məlumata görə, amerikalılar Dalmatiya sahillərini yeni kəşf ediblər. Xorvatiya 2020-ci ildə qapılarını ABŞ vətəndaşlarının üzünə açandan bəri bu, məcburi bir kəşf halına gəldi və ölməzdən əvvəl görüləcək yerlər siyahısına əlavə edildi.

Pul və istirahət günləri bol olduğu üçün üç həftəlik turlara üstünlük verən amerikalılar da lüks seqmentə üz tuturlar. İki həftəlik Avropa tətili üçün 15 min dollar ödəməkdən tutmuş, Misirə 80 min dollarlıq səyahətə çıxan 4 nəfərlik ailə biznes uçuşlarınadək çoxlu seçimlər var. Villalar, şəxsi avtomobillər yaxtalar kirayələyənlər var.

Ukrayna müharibəsi amerikalı turistlər üçün narahatedici bir maneə deyil. Onların yalnız bir problemi var - geri dönüş. Onlar təyyarəyə minməzdən əvvəl koronavirus testinin mənfi nəticəsini göstərməlidirlər. Əks halda 10 günlük karantin var. Amma bu bədbəxtliyin öhdəsindən gəlməyin yolunu da tapdılar. Çikaqoya və ya Sietla uçmaq əvəzinə, geridönüş səfərini sınaqsız Kanada vasitəsilə etdilər. Yəni, icarəyə götürülmüş avtomobillə sərhədi keçərək normal həyata qayıdın.

Təbii ki, Avropada normal həyata qayıtmağı sevməyən məşhur istiqamətlər var – Venesiya, Dubrovnik və Barselona kimi. Turist zərərvericisinin yenidən yolda olması onlar üçün intiqamdır. Pandemiyadan əvvəl bu şəhərlərdə “Turist, evə get” nümayişlərinin şahidi olduq. Barselonada “Airbnb” məhdudiyyətləri tətbiq olundu.

Venesiya kruiz turizmindən həm çox qazandı, həm də çox əziyyət çəkdi. Pandemiya qapanmaları zamanı nəhəng gəmilər olmaması səbəbindən Venesiyanın suları təəccüblü dərəcədə aydın idi. İqlim böhranının təsiri ilə dalğalanan suların təhdid etdiyi şəhərə gələn kruiz gəmilərinin artıq San-Marko meydanının qarşısından keçməsinə icazə verilmir və gəmilər yaxınlıqdakı ticarət limanı olan Marghera istiqamətinə yönəldilir. Bu qərar nəhəng gəmilərə etiraz edən ətraf mühit fəallarının qələbəsi kimi görünsə də, ekosistem hələ də risk altındadır…

Müəllif: Ayşe Özek Karasu

Mənbə: "haberturk.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli