Qırğızıstan və Tacikistan sərhədində atışma olub

Dünya

14.06.2022 - 08:48

Həkimlər Klinikalar SEO Xidməti

Ölən və yaralananlar barədə məlumat yoxdur

Çərşənbə axşamı Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib. AYNA xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il iyunun 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində Qırğızıstan Respublikası ilə Tacikistan Respublikasının sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat daxil olmayıb”  - deyə bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş