Qəza törədib qaçan sürücü tutulub

Hadisə

15.08.2020 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət almış digər sürücüyə xəstəxanada tibbi yardım göstərilib

 

Avqustun 12-də saat 23 radələrində Gəncə şəhəri ərazisində, Nizami prospektində Gülüstan qəsəbə sakini E.Allahverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, xəsarət almış E.Allahverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini V.Mürsəlova Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş