Qələbəyə görə veriləcək orden-medalların adları – <font color=red> SİYAHI</font>

Xəbərlər

20.11.2020 - 15:35

Həkimlər Klinikalar SEO Xidməti

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı da var

 

“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi - “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:

 

“Zəfər” ordeni;

 

“Qarabağ” ordeni.

 

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.

 

“Cəsur döyüşçü” medalı;

 

“Döyüşdə fərqlənməyə görə” medalı;

 

“Suqovuşanın azad olunmasına görə” medalı;

 

“Cəbrayılın azad olunmasına görə” medalı;

 

“Xocavəndin azad olunmasına görə” medalı;

 

“Füzulinin azad olunmasına görə” medalı;

 

“Zəngilanın azad olunmasına görə” medalı;

 

“Qubadlının azad olunmasına görə” medalı;

 

“Şuşanın azad olunmasına görə” medalı;

 

“Kəlbəcərin azad olunmasına görə” medalı;

 

 “Ağdamın azad olunmasına görə” medalı;

 

 “Laçının azad olunmasına görə” medalı;

 

 “Vətən müharibəsi iştirakçısı” medalı;

 

 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş