Prezident Ermekbayevin istefa barədə raportuna baxıb və istefanı qəbul edib
Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev silah-sursat anbarında baş vermiş fövqəladə hadisədən sonra müdafiə naziri Nurlan Ermekbayevin istefasını qəbul edib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident Qasım-Comərt Tokayev müdafiə naziri Nurlan Ermekbayevin istefa barədə raportuna baxıb və istefanı qəbul edib”, - prezidentin mətbuat katibi Berik Uali Instagram səhifəsində belə yazıb.