Qazaxıstan Senatının yeni spikeri Aşimbayev oldu

Dünya

04.05.2020 - 13:45

O, bu gün Tokayevin sərəncamı ilə deputat təyin edilmişdi

 

Bu gün Qazaxıstan Prezidenti Qasım Comərt Tokayevin sərəncamı ilə ölkə Senatının deputatı təyin edilən Maulen Aşimbayev spiker seçilib.

 

AYNA-nın xarici mediaya istinadən bildirdiyinə görə, bu haqda Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Kurmanqalı xəbər verib.

 

Xaqtırladaq ki, Senatın bundan əvvəlki spikeri ölkənin ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva idi. Prezident Tokayev iki gün əvvəl onun səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb. Bununla yanaşı Nazarbayevanın bu gün Qazaxıstanın Mərkəzi Seçki Komissiyası deputatlıq səlahiyyətlərinə də xitam verim.

 

Ölkə konstitusiyasına görə, senatın spikeri vəzifəsi prezidentlikdən sonra ikinci ali məqamdır. Ölkə başçısı vəzifəsindən vaxtından əvvəl azad edildiyi və ya kənarlaşdırıldığı, həmçinin, vəfat etdiyi təqdirdə qalan müddət üçün prezident səlahiyyətlərini senatın sədri icra edir.

Müəllif: Ayna.az