Qazaxda qəza olub: 4 nəfər xəsarət alıb

Hadisə

09.05.2025 - 01:10

Həkimlər Klinikalar SEO Xidməti

Minik avtomobili daşa çırpılıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı Gəncə sakini olan 1953-cü il təvəllüdlü M. Sadıqov, 1955-ci il təvəllüdlü S. Piriyeva, 1961-ci il təvəllüdlü Z. Sadıqova və 1956-cı il təvəllüdlü Z. Vəliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş