Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb

Xəbərlər

17.08.2026 - 11:36

Əvvəllər eyni əmələ görə məhkum olunmuş 52 yaşlı kişi saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş