Polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib
İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
"Həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır. O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə DİN tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - deyə DİN rəsmisi qeyd edib.