Qarabağ qazisinin səhhəti pisləşib: Köməyə ehtiyacı var

Cəmiyyət

01.09.2020 - 17:35

“Dövlətimizdən, xalqımızdan, imkanlı şəxslərdən mənə maddi yardım göstərmələrini xahiş edirəm”

 

Qarabağ qazisinin köməyə ehtiyacı var. AYNA bildirir ki, Ağdam rayonunda anadan olan 45 yaşlı Qarabağ qazisi Bəybala Quliyev 1992-1997-ci illərdə elə doğulduğu Ağdam torpaqları uğrunda döyüşlərdə iştirak edib.

 

Müharibədə qarnından, qollarından və ayaqlarından qəlpə yarası alan qazimizin səhhətində ciddi problemlər yaranıb. B.Quliyev leykoz (ilik xərçəngi) xəstəliyindən əziyyət çəkir:

 

“Təxminən bir il bundan qabaq qanaxma oldu. Həkimə müraciət edib, analiz verdik. İlikdən nümunə götürdülər və nəticəsində leykoz xəstəliyinə tutulduğumu öyrəndim. İlk olaraq müalicəm Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında başladı. 4 kurs kimya-terapiya müalicəsi alaraq remissiya qazandım. Maddi durumum müalicəmi davam etməyə imkan vermədi və xəstəliyim yenidən geri qayıtdı. İlik köçürülmədikcə xəstəlik geri qayıdacaq. Bu dəfə də müalicə sonunda ilik nəqli olunmazsa, həyatımı itirə bilərəm. İlik nəqli üçün 68 min dollar pul tələb olunur. Özüm Binəqədi rayonu 7-ci mikrorayonu, Slavyan Universitetinin 4 saylı yataqxanasında məskunlaşmışıq. Bu məbləğə gücüm çatmır. İlk növbədə dövlətimizdən, sonra da xalqımızdan, imkanlı şəxslərdən mənə maddi yardım göstərmələrini xahiş edirəm”.

 

B.Quliyev üç oğul, bir qız atasıdır. Onların ən böyük arzusu isə ataları sağlam, ayaqüstə görməkdir.

 

Qarabağ qazimizə kömək etmək istəyən şəxslərdən 070 898 50 10 nömrələri ilə əlaqə saxlamaları və ya aşağıdakı bank hesabına pul köçürmələri xahiş olunur.

Müəllif: Ayna.az