Həyəcan təbili çalmağın zamanıdır: "Qara zolağa" daxil olmuşuq

Cəmiyyət

15.10.2019 - 10:08

Ekspert: "Proses belə davam etsə, yarım ildən-bir ildən sonra qat-qat qorxunc hadisələrlə üzləşəcəyik"

 

Son 1 ayda insanların bir-birilərinə qarşı amansız davranışınların şahidi oluruq - qətllər, cinayətlər, davalar, ailə münaqişələri... Cəmiyyətdə yaşanan bu aqressiya həyəcan təbili çalınması həddinə gəlib. Məsələyə mütəxəssislərlə AYNA tutmağa çalışdıq.

 

Sosioloq Əhməd Qəşəmoğlu vəziyyətin dözülməz həddə çatmasından narahatdır:“Mən belə halları eşidəndə deməyə söz tapa bilmirəm. 10 ildir həyəcan təbili çalıram ki, ölkəni belə qorxunc bəlalar gözləyir. Hətta bir dəfə, 10 il bundan əvvəl Sumqayıtda bir kişi arvadını parkda öldürmüşdü, bununla bağlı məni ANS-ə dəvət etdilər. Orada dedim ki, "belə getsə, ölkəmizdə çox qorxunc hadisələr baş verəcək". Mən bunu gizlətməli deyiləm, mən sosioloqam və bu kimi hadisələri deməliyəm”.

Ülviyyə Şahin