Qara dənizin batan gəmi Rusiyaya yox, Ukraynaya məxsus imiş

Dünya

17.01.2021 - 17:08

Gəmidəki 13 ekipaj üzvü Ukrayna vətəndaşlarıdır

 

Türkiyənin Bartın vilayətinin valisi ölkə sahillərində batan gəmidəki 13 ekipaj üzvü əvvəldə qeyd olunduğu kimi Rusiya yox, Ukrayna vətəndaşlarıdır.

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, batan gəmi Ukraynanın “Tesore Marine” şirkətinə məxsusdur.

 

Son məlumatlara görə batan gəminin iki heyət üzvü həlak olub.

 

13 nəfərlik gəmi heyətinin 4 üzvü xilas edilib, digərlərinin də xilası üçün fəaliyyətlər davam edir.  Bartın valisi deyib ki, fırtınalı hava şəraiti  xilasedicilərə ciddi şəkildə mane olur. 

 

Qeyd edək ki, gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.

Müəllif: Ayna.az