Hazırda işlər üzrə araşdırma davam edir
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran və Lerik rayonlarında “Belarus” və “Ural” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub. AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Qeyd edib ki, araşdırma zamanı Lənkəran və Lerik rayon sakinləri Rauf Qurbanov və Zöhrab Həsənovun idarə etdiyi avtomobillərin yük yerində ümumilikdə 8 kubmetr həcmində meşə materialı aşkar edilib.
B.Məhəmmədovun sözlərinə görə, Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakinləri Abış Abbasov, Abbas Əmənov, Zaur Əkbərov və Vüqar Abıyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 5.81 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib. Hazırda işlər üzrə araşdırma davam edir.