Qadına qarşı zorakılıq edən polis işdən çıxarılıb - <font color=red> RƏSMİ</font>

Hadisə

17.02.2021 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Sosial şəbəkələrdə yayılan görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb

 

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı tutduğu vəzifəsindən azad edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülər nazirlikdə hərtərəfli və operativ araşdırılıb: "Yekunda fakt təsdiqini tapıb. Qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilib".

 

Qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsinə dair görüntülər yayılıb.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş