Kremlin mətbuat xidməti Putin və Makronun telefon danışığı barədə məlumat yayıb
Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı Qarabağda Rusiya və Fransanın, həmçinin, ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyalı vasitəçilik səylərinin davam etdirilməsi təsdiq olunub.