Putinlə Bayden arasında 1 saatlıq telefon danışığı

Dünya

10.07.2021 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. AYNA Rusiya mediasına istinadən xəbər verir ki,  bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Putinin sözçüsü qeyd edib ki, liderlər arasındakı telefon danışığı iyunun 16-da Cenevrədə keçirilən Rusiya-ABŞ zirvə görüşündən sonra ilk söhbətdir.

 

Rusiya mediasının məlumatına görə prezidentlər arasındakı telefon söhbəti bir saat davam edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş